Yuxarı

Maliyyə intizamı ilə bağlı vəziyyət acınacaqlıdır - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın düşmənlərinə ən layiqli cavab güclü iqtisadiyyat, güclü dövlət qurmaqdır. Hesablama Palatasının sədrinin hesabatına diqqətlə qulaq asdıq. 31 uyğunluq auditi keçirilib. Büdcə qanunvericiliyinin pozulması ilə bağlı nöqsanlara 27 auditdə rast gəlinib. Büdcə vəsaitlərinin idarə edilməsi ilə bağlı nöqsanlar 23 auditdə, dövlət satınalmaları sahəsində nöqsanlara 27 auditdə, əsaslı vəsait qoyuluşu ilə bağlı nöqsanlar 13 auditdə müəyyən edilib. Ümumuilikdə isə maliyyə pozuntularının məbləği 560,5 milyon manat olub.

Axar.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, Hesablama Palatasının açıqladığı rəqəmlər ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin çox acınacaqlı olduğunu göstərir:

“Hesablama Palatasına minnətdaram ki, onlar real vəziyyət haqqında Milli Məclisə məlumat verirlər. Amma sonda Hesablama Palatasınını verdiyi hesabatı qənaətbəxş sayacağıq və bununla da işimiz sanki bitmiş hesab olunacaq. Misal üçün bir müddət öncə mətbuatda rast gəlmişdim ki, ABŞ-da inşa olunan bir məktəb, bizim Təhsil Nazirliyinin tikdirdiyi məktəbdən 3 dəfə ucuz başa gəlib. Yəni bu, Hesablama Palatasının üzvlərini də narahat eləməlidir. “Hesablama Palatası haqqında” qanunun 8.0.4-cü maddəsində qeyd olunur ki, “kənar dövlət maliyyə nəzarəti obyektlərində aidiyyəti sahələrə Hesablama Palatası daxil olur, maliyyə nəzarətinin predmeti ilə əlaqədar digər tərəflərdən izahatlar və məlumatlar alır”. Bu, yetərlidir ki, hansısa mərkəzi icra hakimiyyəti orqanları, dövlət orqanları nəsə sifariş edirsə və hansı özəl şirkət bu işdə iştirak edirsə, həmin şirkətin də fəaliyyət yoxlanılsın. Yəni bunu yoxlamadan nöqsanların miqyasını aşkara çıxarmaq mükün deyil”.

Tarix
2024.04.19 / 14:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla