Yuxarı

"Azercell" Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

BİQ-in məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsini və fövqəladə hallara çevik reaksiya verilməsini təmin etməkdir

Ölkənin lider mobil operatoru "Azercell" qürur hissi ilə yeni BİQ - Böhran İdarəetmə Qrupu layihəsini elan edir. “Dayanıqlı rabitə, təhlükəsiz həyat!” şüarı altında həyata keçirilən layihənin məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsi, fövqəladə hallara çevik reaksiya verilməsi, bərpa müddətinin maksimum qısaldılması, ölkə əhəmiyyətli tədbirlərdə etibarlı rabitənin təmin edilməsidir.

BİQ layihəsi Azərbaycan Respublikasının Kosmik Agentliyi, “Aztelekom” və Baktelekom MMC-nin tərəfdaşlığı ilə həyata keçirilir. Artıq bu şirkətlərin texniki heyətləri "Azercell" tərəfindən təşkil olunmuş təlimlərdə uğurla iştirak ediblər. Həmçinin layihə çərçivəsində böhran və fövqəladə hallar zamanı qəza-bərpa tədbirlərinin çevik şəkildə yerinə yetirilməsi üçün tərəfdaşlarla birlikdə operativ qruplar və texniki infrastruktur da yaradılıb. Məqsəd ölkə ərazisində baş verə biləcək böhran və təbii fəlakətlər zamanı birgə addımlar atmaq üçün öncədən təşkilatlanmaqdır.

BİQ layihəsi yalnız Azərbaycanda deyil, həm də Qafqaz regionunda və Türk dövlətləri ərazisində böhran və fövqəladə halların fəsadlarının aradan qaldırılması üçün geniş imkanlar yaradır.

Qeyd edək ki, bu layihənin ərsəyə gəlməsinə səbəb Prezident İlham Əliyevin Türkiyədə baş verən zəlzələdən sonra “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etməsi olub. Fövqəladə Zirvə görüşünün sonunda Ankara Bəyannaməsi və mülki müdafiə mexanizminin qurulmasına dair Protokol imzalanıb.

Tarix
2024.04.19 / 15:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla