Yuxarı

İlhamə Quliyevanın doğma qızı tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlhamə Quliyevanın doğma qızı tapıldı

12:48

Xalq artisti İlhamə Quliyevanın övladı barədə şok məlumat əldə edilib.

Femida.az xəbər verir ki, İlhamə Quliyevanın Flora adlı qız övladı olması məlum olub.

Bu haqda məlumatı həmin qızla bir sinifdə oxuyan və hazırda Rusiya Federasiyasında yaşayan Gülzar Vəliyeva verib. Onun sözlərinə görə, İlhamə Quliyevanın qızı Flora onlarla birlikdə Yasamal rayonu 13 nömrəli məktəbdə oxuyub.

"Biz İlhamə Quliyevanın qızı ilə bir sinifdə oxuyurduq. Yasamal rayonu 13 nömrəli məktəbdə "B" sinfini bitirmişik. Həmin vaxt Flora xanım bilirdi ki, onun anası İlhamə Quliyevadır. Həmçinin İlhamə xanım onun təhsili və geyimi üçün pul da verirdi. Amma, bu haqda danışmaq istəmirdi. Çünki, anası onu övlad kimi qeydiyyata almamışdı. Biz 10-cu sinifdə oxuyanda İlhamə Quliyeva məktəbə gəlmişdi. Qızı dedi ki, onu görmək istəmirəm. Mənim anamdısa, məni övladlığa götürərdi. Mənim bildiyimə görə həmin qızı İlhamə xanımın yaxın qohumu saxlayırdı. Flora xanım bildiyimə görə Yasamal rayonu ərazisində, qəbiristanlıq tərəfdə yaşayır. Mən Bakıya gedəndə sinif yoldaşlarımla görüşəndə onu da soruşdum. Ancaq onunla görüşə bilmədim. Biz 1980- ci ildə onunla birlikdə Yasamal rayonu 13 nömrəli məktəbin "B" sinfini bitimişik."

İlhamə Quliyevanın oğulluğu Orxan Nadirov Axar.az-a açıqlamasında bunların hamısının boş və yalan söhbətlər olduğunu deyib.

Tarix
2016.03.02 / 13:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycanla bu ölkə arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla