Yuxarı

Mərc oyunlarına nəzarət nazirlikdən alınır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mərc oyunlarına nəzarət nazirlikdən alınır

Azərbaycan Milli Məclisinin Gənclər və idman komitəsinin iclası keçirilib.

APA-nın məlumatına görə, komitə sədri Fuad Muradovun sədrliyi ilə keçirilən iclasda "Bədən tərbiyəsi və idman haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Qanunun 53-1.5-ci maddəsində "dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı" sözləri "nəzarət maliyyə bazarlarına nəzarət orqanı" sözləri ilə əvəz edilir. Bildirilib ki, bununla idman mərc oyunları mərc oyunlarına nəzarət qeyd olunan müvafiq icra qurumundan alınaraq yeni yaradılmış Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.

Qeyd edək ki, müvafiq icra orqanı burada Gənclər və İdman Nazirliyidir. Qanuna əlavə edilən 53-1.7 maddədə isə bildirilir ki, "İdman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldə olunan haqlar hesabına maliyyələşir".

İclasda deputat Adil Əliyev bildirib ki, nəzarətin Gənclər və İdman Nazirliyində qalması daha səmərəli olardı.

Deputatlar Şahin İsmayılov və Naqif Həmzəyev isə çıxış edərək bildiriblər ki, dəyişiklik şəffaflığa xidmət etməlidir. N. Həmzəyev nəzarət orqanının ildə bir dəfə parlamentə hesabat verməsini təklif edib və təklif qeydə alınıb.

Sonda sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Tarix
2016.03.03 / 11:37
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin Azərbaycanla bağlı planı məhv oldu - Səfəryan

Macarıstan Qarabağda bu kəndin bərpasına 30 milyon ayırır

Əliyevin Gürcüstan səfəri: Bu əlaqələr genişləndirilir!

Ermənistan əhalini sərhədə köçürür: Bu ərazilər qaytarılacaq

İran 10 bəndlik sülh təklifini təqdim etdi - Nələr var?

Ukrayna rus ordusundan əsir götürdü, Azərbaycana verdi

Prezidentdən Tiflis səfəri ilə bağlı - Videoçarx

Başçı Ülviyyə Əliyevanı işdən çıxartdı

İlham Əliyevin Tiflis səfəri başa çatdı

Bakıda bu evlərin qiyməti kəskin düşəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla