Yuxarı

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alpər Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.

O deyib ki, Azərbaycanla Türkiyə arasında faydalı əməkdaşlıq sahələrindən biri də kosmos sahəsidir və iki qardaş ölkənin bu sahədəki təcrübələri qarşılıqlı olaraq öyrənilir:

“Ötən il Bakıda keçirilən Astronavtika konqresində 2026-cı ildə təşkil ediləcək konfransın məkanı müəyyənləşdirilmişdi. Azərbaycan tərəfinin də dəstəyi ilə Türkiyənin Antalya şəhəri seçildi. Ölkəmiz bu sahədə ciddi təcrübəyə malikdir və türk qardaşlarımıza da tədbirlə bağlı lazım olan köməyi göstərəcəyik”.

Sədr deyib ki, peyk sahəsində Azərbaycan da Türkiyənin təcrübəsindən yararlanmaqdadır:

“Məlumdur ki, bu yaxınlarda Türkiyə öz astronavtını orbitə göndərmişdi. Biz onun əldə etdiyi bilik və təcrübə, həmçinin Türkiyə dövlətinin Beynəlxalq Kosmik Stansiyasında həyata keçirdiyi elmi təcrübələrlə bağlı Azərbaycanın müvafiq ali məktəblərinə məlumatlar verməyi nəzərdə tutmuşuq. Bunun üçün də həmin astronavtın Azərbaycana səfərini təşkil edəcəyik".

Tarix
2024.04.24 / 17:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla