Yuxarı

ANAMA əməkdaşı Şuşada minaya düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində aprelin 27-də mina hadisəsi baş verib.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumata görə, Agentliyin əməkdaşı 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Xəsarət alan əməkdaşa “sağ ayağın amputasiyası” diaqnozu qoyularaq, Agentliyin paramediki tərəfindən yerində ilkin tibbi yardım göstərilib və rayon xəstəxanasına təxliyə olunub. Hazırda vəziyyəti stabildir.

Faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.

Tarix
2024.04.27 / 13:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy

Azərbaycan iki ölkə ilə təlimə başlayır

İcmadan fransız səfirin çıxışına - Reaksiya

5 il əvvəl Paşinyana Kəlbəcər və Laçınla bağlı nə təklif edilib?

Delimitasiyaya etiraz edənlərə qarşı cinayət təqibi başladı

Bu gün Nikola qarşı mitinq olacaq - Sərkisyan ölkədən qaçdı

Fransadan 4 kəndin qayıtmasına - İlk reaksiya

Makron narahatdır: Szinpinlə Vuçiç nə edir?

Sərhəddə bu ərazi Ordumuzun nəzarətinə keçdi

Tavuş etirazçılarına xəbərdarlıq: Zərərsizləşdiriləcəklər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla