Yuxarı

Yaxın günlərdə Laçının daha bir kəndinə köç başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin rəhbər şəxsləri, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər.

Sus kəndində yeni inşa edilmiş fərdi evlər indiyədək müvəqqəti məskunlaşma yerlərində yaşayan və həmin kənddə daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir. Püşkatma 59 ailə arasında keçirilib. Ailə tərkibinə uyğun olaraq, onlardan 13-ü ikiotaqlı, 28-i üçotaqlı, 14-ü dördotaqlı, 4-ü isə beşotaqlı fərdi evə köçürüləcək.

Püşkatmada iştirak etmiş ailələrin yaxın günlərdə Laçın rayonunun Sus kəndinə yola salınmasına başlanacaq.

Qeyd edək ki, bundan əvvəl Laçın şəhərinə və rayonun Zabux kəndinə köç olub.

Tarix
2024.04.27 / 13:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy

Azərbaycan iki ölkə ilə təlimə başlayır

İcmadan fransız səfirin çıxışına - Reaksiya

5 il əvvəl Paşinyana Kəlbəcər və Laçınla bağlı nə təklif edilib?

Delimitasiyaya etiraz edənlərə qarşı cinayət təqibi başladı

Bu gün Nikola qarşı mitinq olacaq - Sərkisyan ölkədən qaçdı

Fransadan 4 kəndin qayıtmasına - İlk reaksiya

Makron narahatdır: Szinpinlə Vuçiç nə edir?

Sərhəddə bu ərazi Ordumuzun nəzarətinə keçdi

Tavuş etirazçılarına xəbərdarlıq: Zərərsizləşdiriləcəklər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla