Yuxarı

Sabah bu iki rayonda qaz olmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Yardımlı və Masallı rayonunun bəzi ərazilərində qaz kəsiləcək.

Axar.az xəbər verir ki, Yardımlı rayonu ərazisində “Ordahal-Yardımlı” yüksək təzyiqli magistral qaz kəmərində yaranmış qaz sızmalarının ləğv edilməsi ilə bağlı sabah saat 10:00-dan işlər başa çatanadək Yardımlı şəhəri və rayonun 15 kəndi olmaqla, ümumilikdə 3500 abonentin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulub.

Həmçinin Masallı rayonu ərazisində yerləşən, “Masallı" qaz paylayıcı stansiyada qaztənzimləyicinin quraşdırılması üçün, Masallı şəhəri, Seybətin, Səmidxan-2, Ərkivan qəsəbəsi, Öncəqala, Hüseyinhacılı, Musaküçə, Gəyəçöl, Xıl, Sirəbil, Sərçüvar, Təzəkənd, Qəriblər, İsilər, Ninəlov, Məmmədrzaküçə, Qızılavar , Kolatan kəndləri olmaqla 17000 əhali abonentin və 225 sənaye obyektinin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Tarix
2024.04.29 / 19:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan delimitasiya prosesinin təfərrüatını açıqladı

Tatoyan təsdiqlədi: Ermənistana “keçən” 25 hektar ərazi…

XİN rəsmisi BƏƏ səfirini qəbul etdi

Putindən bircə gün öncə ABŞ-ın Çinə qarşı addımı…

Prezidentlər sərgilərlə tanış oldu

Əliyev artıq bütün Qafqaza cavabdehdir - Lukaşenko

Dünyada vəziyyət sürətlə mənfiyə doğru dəyişir - Prezident

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Ankara-Bakı-Tiflis əməkdaşlığı çox vacibdir - Kobaxidze

Bu, Bakı və İrəvan arasında tarixi fürsətdir - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla