Yuxarı

Bazarstore təltif edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazarstore - Əməyin Mühafizəsi Günü ilə əlaqədar fəal əməkdaşlığa görə təltif edildi.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib.

Konfrans 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub.

Tədbirdə dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, əməkdaşlıq edilən ölkələrin nümayəndələri, sahibkarlar və digər şəxslər iştirak edib.

2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

İqlim dəyişikliyi əməyin mühafizəsinə müxtəlif yollarla təsir edir.

Bu səbəbdən işçilərin sağlamlığı və təhlükəsizliyinin təmin olunması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlığa, həmçinin əməyin mühafizəsi ilə əlaqədar fəal əməkdaşlığa görə Bazarstore tədbirdə təltif edilib.

Qeyd edək ki, 2011-ci ildə “Azərsun Holdinq”in tərkibində yaradılan “Bazarstore” davamlı olaraq təzəlik, keyfiyyət, münasib qiymət, çeşidlilik və xidmətindən güzəştə getməyərək, 92 mağazası və 4000-ə yaxın çalışanı ilə xidmət göstərir.

“Bazarstore” əsas prinsiplərində qeyd olunduğu kimi bu üstün xidmət üçün əl-ələ verib, birlikdə güclənməyin, inkişaf üçün davamlı çalışmağın, müştərini sərvəti bilib sözündə etibarlı olmağın və məsuliyyətinin fərqindədir.

Bazarstore

İctimaiyyətlə əlaqələr və Marketinq Departamenti, *1900, www.bazarstore.az, +99412 404 19 70-75 (dax: 4009)

Tarix
2024.05.01 / 12:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəisi həlak oldu, İrəvanı çətin günlər gözləyir - Tarasov

Rəisi qəzası: Əgər İranda kəskin dəyişiklik olarsa… - Kiviryan

Əfv Komissiyası növbəti dəfə toplanır

Əli Əsədov yeni qərar imzaladı

Rəisinin helikopterini belə tapdıq - Bayraqdar

Azərbaycandakı “Akınçı” helikopteri tapmağa hazır idi...

Ceyhun Bayramov Əli Bagiri ilə danışdı

Şok: Son anda hamısı bir helikopterə mindirilib...

Əliyev: Rəisi ilə son görüşümüz dünyaya... - Video

Növbədənkənar sessiya: MM özünü buraxır, yoxsa?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla