Yuxarı

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? - Komitə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:35

Xəbər verdiyimiz kimi, bir müddət öncə 2 milyon manata satılan “Şəms” şadlıq-mərasim evinin söküntüsünə başlanılıb.

Xətai rayonunun Gəncə prospektində yerləşən mərasim evinin söküntüsü ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini-sektor müdiri Ramiz İdrisoğlu bildirib ki, sözügedən ünvanla bağlı şəhərsalma əsaslandırılması sənədi Komitə tərəfindən təsdiq edilsə də, hələ tikintiyə icazə verilməyib.

“Bunu nəzərə alaraq qeyd edilən ünvanda aparılan işlərin nəzarətdə saxlanılması və müvafiq tədbirlərin görülməsi üçün Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən aidiyyəti qurumlara müraciət olunub”, - R.İdrisoğlu qeyd edib.

O, şəhərsalma əsaslandırılması sənədinin 2 mərtəbəli qeyri-yaşayış obyektinin inşası ilə bağlı olduğunu bildirib.

Saytımıza yerli icra qurumundan daxil olan məlumatda da mərasim evinin yerində ikimərtəbəli ticarət mərkəzi tikiləcəyi təsdiqlənib.

Xatırladaq ki, sözügedən ərazi bir vaxtlar AMEA-nın nəzdində geniş meşəlik sahə idi. 2000-ci illərdən başlayaraq, ağaclar məhv edildi və onun yerində bir-birinə bitişik göydələnlər ucaldıldı. Hazırda həmin ərazidə tikilən binalara köçən sakinlər avtomobillərini park etməyə yer tapmırlar, həyətlər isə həddən artıq kiçikdir – o qədər ki, yanğın zamanı FHN yanğınsöndürmə maşınları həyətlərə daxil olmaqda çətinlik çəkir. Sakinlər isə maşınları Gəncə prospekti boyunca park etməyə məcbur olur. Buna baxmayaraq, binalararası göydələnlərin tikintisi davam edir. Belə ki, ötən il də “Şəms” mərasim evinin arxasındakı kiçik sahədə, sakinlərin etirazına baxmayaraq, növbəti göydələn ucaldıldı.

Tarix
2024.05.07 / 14:22
Müəllif
Orxan Saffari
Şərhlər
Digər xəbərlər

Rəisinin helikopterini kim qəzaya uğratdı? – İnanılmaz

İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...

İran mediası Rəisi ilə bağlı bu xəbəri sildi

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak etdi - Yeniləndi

İlham Əliyev Rəisi ilə görüşdü - Foto

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla