Yuxarı

Bakıda mühüm təlim: İkiillik Şəffaflıq Hesabatı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın COP29 sədrliyi çərçivəsində mayın 6-7-də Bakı şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) ekspertləri tərəfindən Paris sazişinə uyğun olaraq Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinin (ETF) əsas komponenti olan İkiillik Şəffaflıq Hesabatının (BTR) hazırlanmasına dəstək məqsədilə aidiyyəti dövlət qurumlarının iştirakı ilə təlim keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev tədbirin açılış mərasimində çıxış edərək, tərəf dövlətlərin, o cümlədən Azərbaycanın İkiillik Şəffaflıq Hesabatlarını təqdim etməsinin COP29 sədrliyinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Bununla əlaqədar o, ölkəmizin müvafiq dövlət qurumlarını qısa zamanda Azərbaycanın İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına töhfə verməyə çağırıb.

İkigünlük təlim zamanı UNFCCC katibliyinin nümayəndələri ETF-in əsas elementləri, bu sahədə modallıqlar, prosedurlar və təlimatlar, eləcə də İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması prosesində yeni elektron proqram təminatından istifadə ilə bağlı iştirakçılara məlumat veriblər.

Tarix
2024.05.07 / 20:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

Ermənistan səhv addım atmamalıdır – İlham Əliyev

Əliyev Rəisi ilə görüşdə: Bu ölkələr işimizə qarışa bilməz!

İran-Azərbaycan qardaşlığı önəmli amildir – İlham Əliyev

İranın bu məsələyə dair dəstəyini alqışlayırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla