Yuxarı

Zəhərlənən 4 dost haqda ilginc faktlar: Prezident ev vermişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “My Music” otelində zəhərlənən 4 dostla bağlı ilginc faktlar üzə çıxıb.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, zərərçəkənlərin ailə üzvləri rəsmi qurumların yaydığı məlumatları təkzib edir. Onlar iddia edirlər ki, faciə qida zəhərlənməsindən baş verib. Bildirirlər ki, oteldə verilən göbələk onları zəhərləyib.

İçkidən zəhərlənmələri barədə yayılan məlumatları da təkzib edirlər: “Nicat Cabbarlı və Xəzər Cabbarlı ümumiyyətlə spirtli içki qəbul etmirlər”.

Hadisə nəticəsində dünyasını dəyişmiş 1998-ci il təvəllüdlü Kənan Mustafayev kiçik yaşlarından ata-anasını itirib. Ona görə də həmişə dostlarının xüsusi qayğısı, diqqətində olub.

1993-cü il təvəllüdlü Orxan Əmirov kiçik bizneslə məşğul olub, Qaradağ rayonu, Lökbatan qəsəbəsində mağaza işlədirmiş.

1998-ci il təvəllüdlü Xəzər Cabbarlı Aprel döyüşlərinin və Vətən müharibəsi iştirakçısıdır. Zabitdir. İndi ehtiyata çıxıb. İdmançıdır.

1991-ci il təvəllüdlü Nicat Cabbarlı isə şəhid övladıdır. Şuşalıdır. Prezidentin şəxsən tapşırığı ilə onlara ev verilib. Onun Astara Gömrük İdarəsinə müavin təyin olunması da bundan sonra baş verib.

Faciə baş verən məclisi də Nicat təşkil edib. Hər dəfə Astaradan Bakıya gələndə dostlarını bir yerə yığırmış.

Qeyd edək ki, Səbail rayonunda yerləşən “My Music” otelində 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı TƏBİB məlumat yayıb. Bildirilir ki, mərkəzə 06.05.2024-cü il tarixində saat 04:50 radələrində Səbail rayonu, Bayıl dairəsi, Salyan şosesi yaxınlığından müraciət daxil olub, çağırış üzrə təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlər gələnə kimi Kənan və Orxanın vəfat etməsi məlum olub. Nicat və Xəzər isə koma halında xəstəxanaya çatdırılıb.

Onların qidadan zəhərləndiyi düşünülürdü. Lakin Qida Təhlükəsizliyi Agentliyi məlumatı təkzib edib.

Hazırda araşdırmalar davam etdirilir.

Tarix
2024.05.08 / 10:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...

İran mediası Rəisi ilə bağlı bu xəbəri sildi

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak etdi - Yeniləndi

İlham Əliyev Rəisi ilə görüşdü - Foto

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla