Yuxarı

Mikayıl İsmayılovun oğlu ilə bağlı şok iddia

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə bioloji qohumluğun təyini - atalıq testindən keçməkdən yayınıb.

Axar.az xəbər verir ki, bu barədə Musavat.com-a Fidan Abbasova adlı qadın məlumat verib.

Bildirib ki, Orxan İsmayılzadə ona qarşı Xətai Rayon Məhkəməsinə şərəf ləyaqətin və işgüzar nüfuza zərər verilməsinə dair xüsusi ittiham təqdim edib. Xüsusi ittiham qaydasında verdiyi şikayətində Fidan Abbasovanı övladının atasının onun olmasını bildirməklə şər atdığını, onun şərəf və ləyaqətini alçaltdığını iddia edib. Xətai Rayon Məhkəməsində xüsusi ittihamı araşdıran hakim obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini - atalıq testi təyini haqda qərardad verib. Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası (MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub.

Bioloji qohumluğun təyini - atalıq testi - DNT-nin keçirilməsinin zamanı haqda tərəflərə məlumat verilib.

Fidan Abbasova deyib ki, məhkəmə qərardadı əsasında ekspertizanın keçirildiyi MTE və PAB-ın Bakı şəhəri, Mərdanov qardaşları 131 ünvanında yerləşən inzibati binasına gəlib. Özü ilə övladı Nili də gətirib. Orxan Mikayılzadə isə ekspertizanın keçirilməsində iştirak etməyib.

“Orxan İsmayılzadə mənim ona şər ataraq guya övladımın atasının onun olduğunu bildirməyinin şərəf, ləyaqətini alçaldan hal olmasını iddia edir. Bunu sübut etməyin tək yolu ekspertiza idi və bu gün Orxan İsmayılzadə ekspertizada iştirak etmədi” - deyə Fidan Abbasova bildirib.

Onun sözlərinə görə, faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib:

“Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”.

Fidan Abbasova deyib ki, qarşı tərəfin yalan vədinə inanıb və ərizəsini məhkəmədə geri çəkib:

“Məni aldatdılar, iddiadan imtina etdirdilər. Daha sonra isə mənə artıq-əskik nəsə danışsam, ciddi problemlər yaradacaqları barədə hədə-qorxular gəlməyə başladılar”.

Fidan Abbasova deyir ki, hazırda tək ana olaraq qız övladı böyüdür və istəmir ki, övladının atasının kimliyinin qeyd edilməməsi ilə taleyinə ləkə düşsün:

“Axı faktiki olaraq onun atası var. Heç kim bu faktı təkzib edə bilməz və heç kim qanundan üstün deyil. Özüm hərbçi qızıyam və qardaşım da hazırda ön cəbhədə xidmət edir. Orxan İsmayılzadədən istədiyim tək şey mənim həyatımı puç etməsinə baxmayaraq, övladımın atası olması faktını danmasın və övladımın sənədlərində atasının kimliyi yazılsın. Heç bir Azərbaycan qadını, heç bir azərbaycanlı belə hərəkətlərə layiq deyil”.

Tarix
2024.05.16 / 15:27
Müəllif
Axar.az
Digər xəbərlər

Vaşinqton görüşü: Hansı razılaşma olacaq? - Ekspert

Rusiyada azərbaycanlıya hökm oxundu

Bakı-İstanbul reysi təxirə salındı

Bakıda bu binalar söküləcək - Tapşırıq verildi

Saakaşvilidən Bakı açıqlaması: Yaxında tarixi hadisə olacaq

Kreml Bakı ilə dost olsaydı belə, yenə zərbə endirəcəkdi...

İran və Azərbaycan sərhəddə işlərə başlayır - NK

Azərbaycan-Belçika birbaşa hava əlaqələri yarada bilər

Bakıda Xəzərə görə toplantı keçiriləcək

Türkmənistanda Xəzərin dayazlaşması müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla