Yuxarı

Ramiz Əsgər vəfat etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramiz Əsgər vəfat etdi

Tanınmış türkoloq, tərcüməçi, alim Ramiz Əsgər vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə Report-a onun yaxınları məlumat verib.

Ramiz Əsgər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini 1978-ci ildə bitirib.

Azərbaycan radiosunda redaktor (1978-1983), türk, ərəb, fars, Azərbaycan, ingilis, fransız və alman dillərində çıxan “Azərbaycan bu gün” jurnalının baş redaktoru (1983-1984), kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan “Odlar yurdu” qəzetinin baş redaktoru (1984-1991), “Hürriyyət” qəzetinin (İstanbul) Azərbaycan üzrə xüsusi müxbiri (1991-1993), Xarıci Turizm Şurasının idarə rəisi (1993-1994), “XXI əsr” qəzetınin baş redaktoru (1994-1996), “Yeni Forum” jurnalının (Ankara) Bakı təmsilçisi (1993-1997) olub. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibi idi.

2003-ci ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri olmuşdur. 2012-ci ildən isə BDU-nun Türk xalqları ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru idi.

Azərbaycanın “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Humay”, Türkiyənin “Türk dünyasına xidmət”, “Altın əsr” və TürkSOY-un “Özəl ödül” mükafatları laureatıdır. “Baburnamə”nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq “Babur” mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq “Bəkir Çobanzadə” mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın “Mədəniyyət sahəsində uğurlar” medalına layiq görülmüşdür. Yazıçılar və Jurnalistlər birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvü, Azərbaycanın əməkdar jurnalisti idi.

Ramiz Əsgər “Divani-lüğət-it-Türk”ün Azərbaycanda ilk mükəmməl nəşrini hazırlamışdı və bu böyük nümunəni Azərbaycan elminə təqdim etmişdi.

Ramiz Əsgərə Prezident İlham Əliyev tərəfindən “Şöhrət”, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmişdi.

Tarix
2024.05.22 / 14:26
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov azad olunmuş ərazilərdə - Foto

Sülh heç vaxt təmin olunmur - Papuaşvili

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Overçuk Zəngilanda səfərdədir: Mühüm iclas keçirildi - Foto

Sahibə Qafarova Matviyenko ilə görüşdü: AZAL təyyarəsi...

Simonyanla Qafarova ayaqüstü görüşdü - Foto

Rusiyalı iş adamlarının Qarabağda quruculuqda iştirakı...

Azərbaycan Rusiya ilə sənədlər imzaladı

Ermənistandan 960 dollara nə almışıq? - İrəvan təkzib etdi

Kremldən AZAL təyyarəsi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla