Yuxarı

Şənayın düşdüyü dəhşətli qəza ilə bağlı rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şənayın düşdüyü dəhşətli qəza ilə bağlı rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, ATV-nin hava proqramının aparıcısı Şənay Mustafayeva ötən gün ağır qəzaya düşüb.

Axar.az xəbər verir ki, Baş Dövlət Yol Polis İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev Oxu.az-a açıqlamasında hadisənin 14:10-da Bakı-Şamaxı yolunun 11-ci kilometrliyində baş verdiyini bildirib.

O qeyd edib ki, sürücü hərəkət zamanı sürət həddini doğru seçməyib və manevr qaydalarını pozub:

"Nəticədə avtomobil yolun əks istiqamətində olan yanacaqdoldurma məntəqəsinin qarşısındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır".

Qeyd edək ki, ilkin məlumatda hadisənin Bakının Səbail rayonu ərazisində baş verdiyi bildirilmişdi.

Tarix
2024.05.29 / 10:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

Qubadlının azad edilməsi müharibədə mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla