Yuxarı

ADU bu universitetləri qabaqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU bu universitetləri qabaqladı

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) tərəfindən Banqkok şəhərində keçirilən Qlobal Davamlı İnkişaf Konqresi çərçivəsində “THE Impact 2024” reytinqinin nəticələri elan edilib.

Axar.az xəbər verir ki, Azərbaycan Dillər Universiteti "THE Impact 2024"də yer alan universitetlərdən biridir.

Ümumilikdə 125 ölkədən 2152 universitetin dəyərləndirildiyi reytinqdə Azərbaycan universitetləri arasında Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Xəzər Universiteti və Qərbi Kaspi Universiteti əhəmiyyətli nəticələr əldə edib.

17 müxtəlif istiqamət və kriteriyalar üzrə dəyərləndirilən "THE Impact 2024" reytinq cədvəlində Azərbaycan Dillər Universiteti “Gender bərabərliyi”, “Təhsilin keyfiyyəti”, “Ləyaqətli iş və iqtisadi inkişaf”, “Məqsədlər üçün tərəfdaşlıq” meyarlarına əsasən qiymətləndirilərək 1001-1005-cü yerləri tutmaqla reytinq cədvəlində Azərbaycan Dövlət Neft və Sənaye Universitetini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini, Azərbaycan Texniki Universitetini, Azərbaycan Turizm və İdarəetmə Universitetini, Azərbaycan Dövlət İnşaat və Mühəndislik Universitetini qabaqlayıb.

Tarix
2024.06.13 / 10:54
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla