Yuxarı

Bayramda harada dincələk? - Rayonlarda od tutan qiymətlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramda harada dincələk? - Rayonlarda od tutan qiymətlər

Azərbaycanda 5 günlük bayram tətili yaxınlaşır. Belə ki, Qurtuluş Günü, Qurban bayramı ilə əlaqədar 15, 16, 17, 18 və 19 iyun tarixləri qeyri-iş günləridir. Tətil günlərində bir çoxumuz rayona üz tutur, dincəlməyə çalışırıq. Lakin rayonlardakı istirahət mərkəzləri, restoranlar, otellər, günlük evlərdə qiymətlər heç də ucuz deyil. Hətta adi günlərlə müqayisədə qiymətlərin daha da artdığı müşahidə olunur.

Axar.az xəbər verir ki, turizm eksperti Ceyhun Aşurov Bakupost.az-a açıqlamasında bayram günlərində rayonlara səfər edənlərin sayının artdığı üçün qiymət artımının müşahidə olunduğunu bildirib:

Onun sözlərinə görə, tələb artdıqca qiymət də qalxır:

"Yüksək qiymətlərdən müəyyən qədər yayınmaq üçün səyahətləri əvvəlcədən planlaşdırmaq, rezervasiyanı öncədən etmək daha əlverişlidir. Bu, yalnız ölkə daxilində deyil, xaricə uçuşlarda da qiymətlərə təsir edir. Səyahətin öncədən planlaşdırılması bir çox xərcləri azaldır. Bundan başqa, hər il regionlarda dincəlmək üçün yeni yerlər açılır. Bunların çox az qismi otellərdir. Böyük əksəriyyəti kənd evləri, villalardır. Hətta sakinlərin özləri evlərini müəyyən standartlara uyğunlaşdıraraq turistlərə təklif edirlər. O zaman qiymətlər daha münasib olur. Biz buna da tələbatın olduğunu görürük. Çünki ailə ilə, qrup şəklində getdikdə oteldə 1 otaqda qalmaq olmur. Ona görə də evlərə üstünlük verirlər”.

Tarix
2024.06.13 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla