Yuxarı

Növbədənkənar seçkilər: MM Prezidentə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:09

Milli Məclisin bu gün keçirilən iclasının gündəliyi dəyişib.

Axar.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.

İclasın gündəliyinə Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi haqqında məsələ əlavə edilib.

Beləliklə, parlamentin plenar iclasının gündəliyinə daxil olan məsələlərin sayı 13-ə çatıb.

Qeyd edək ki, iyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında YAP-ı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.

***

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün komissiya yaradılıb.

Bu barədə spiker Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası üzrə iyunun 21-də keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sədr müavini Adil Əliyev komissiyasının sədri təyin edilib.

Deputatlar Siyavuş Novruzov, Tahir Rzayev, Eldar Quliyev, Fəzail Ağamalı, Elşən Musayev və Nigar Arpadarai komissiyasının üzvləri olub.

Komissiya artıq müraciət mətninin hazırlanması üçün işə başlayıb.

***

Milli Məclisdə növbədənkənar parlament seçkilərinin təyin edilməsi üçün Prezidentə müraciət mətni təqdim edilib.

Müraciətin mətnini deputat Tahir Rzayev oxuyub.

***

"Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Milli Məclisin qərar layihəsi hazırlanıb.

Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Tarix
2024.06.21 / 12:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Putin İlham Əliyevlə danışıqlar aparacaq

3 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Zakir Həsənov Belarusa getdi

Bilal Haye Bayramovla vidalaşdı - Foto

Damlaya görə bu şadlıq sarayı bağlandı - Video

Uşağa təcavüz Türkiyəni qarışdırdı - Əslində nə baş verir?

Gedişhaqqı ilə bağlı təklif: günlük 1,5 manat olsun

Türk bayrağına təhqir - Müvəqqəti Hökumət bəyanat yaydı

Nikolun hiyləgər siyasəti: Rusiyaya nələr ötürür? - Video

Makron müxalifətçi baş nazirlə necə işləyəcək? - Brayza

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla