Yuxarı

Bakı yağışdan sonra: küçələr keçilməz oldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Bakı şəhərinə yağan güclü yağış yolları keçilməz vəziyyətə salıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzi küçə və prospektləri nəinki piyadalar, hətta avtomobillər üçün də keçilməz olub.

Bəzi ərazilərdə kanalizasiya sularının da küçələrə axması ətrafa üfunət iyinin yayılmasına səbəb olub. Tiflis prospektində, Zivərbəy Əhmədbəyov, Cəfər Cabbarlı, Füzuli küçələrində daşan kanalizasiya suları hərəkəti iflic edib.

Füzuli küçəsindəki dairədə böyük bir göl yaranıb və avtomobillərin hərəkəti mümkünsüz olub.

Cəfər Cabbarlı küçəsində isə kanalizasiya xəttində problem yarandığı görünür. Ətrafdakı üfunət iyi bunu deməyə əsas verir.

Tarix
2024.06.22 / 10:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Szinpinə məktub göndərdi

İranla Ermənistanın Araz çayı ilə bağlı planı - Müzakirə...

Xəzərdə nə baş verir? 200 ildir araşdırma aparılır, lakin…

Ölkənin xarici borcunun azalması... - Deputat

MM-in payız sessiyası başlayır: mandatlar veriləcək

Bakı bu ölkə ilə də razılaşdı: onlar üçün viza ləğv edilir

Bayramov Berbokla görüşdü: sülhə hədə törədən təhdidlər...

Nikol Bakının önündə geri çəkildiyini elan etdi - Surenyants

BMT-də Ermənistanın sürətlə silahlanması müzakirə olundu

Ukrayna Belqoroda hücum etdi: yaralılar var

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla