Yuxarı

Radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbiri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri davam etdirilir.

Axar.az xəbər verir ki, bu çərçivədə, Agentlik tərəfindən FHN-in Aran Regional Mərkəzində mərkəzin əhatə etdiyi rayonların ərazisində yerləşən tibb müəssisələrində radioloji fəaliyyətlə məşğul olan şəxslər üçün maarifləndirmə tədbiri keçirilib.

Tədbir zamanı Agentliyin Nüvə və radioloji təhlükəsizliyin ekspert qiymətləndirilməsi və maarifləndirmə şöbəsinin müdir müavini Azər Xəlilzadə, Xüsusi icazə və Dövlət Reyestri şöbəsinin müdiri Vəfa Nadirova, Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin sənaye və elmi-tədqiqat müəssisələrinə nəzarət sektorunun müdiri Amil Həmidov aidiyyəti mövzular üzrə təqdimatla çıxış ediblər.

Ümumilikdə 40 nəfərdən artıq nümayəndənin qatıldığı tədbirdə nüvə və radioloji fəaliyyət sahəsində nəzarət funksiyalarının həyata keçirilməsi üzrə mövcud qanunvericilik tələblərinin icmalı, tibb müəssisələrində ionlaşdırıcı şüalanma mənbələrinin tətbiqi ilə bağlı radiasiya təhlükəsizliyinin təmin edilməsi, nüvə və radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi, bu sahədə hüquq pozuntuları və hüquqi məsuliyyət məsələləri müzakirə olunub.

Təbdir zamanı Agentlik tərəfindən hazırlanmış müvafiq mövzulara dair videoçarxlar nümayiş olunub, suallar ətraflı cavablandırılıb.

Tarix
2024.09.28 / 14:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – General

Əliyev Szinpinə məktub göndərdi

İranla Ermənistanın Araz çayı ilə bağlı planı - Müzakirə...

Xəzərdə nə baş verir? 200 ildir araşdırma aparılır, lakin…

Ölkənin xarici borcunun azalması... - Deputat

MM-in payız sessiyası başlayır: mandatlar veriləcək

Bakı bu ölkə ilə də razılaşdı: onlar üçün viza ləğv edilir

Bayramov Berbokla görüşdü: sülhə hədə törədən təhdidlər...

Nikol Bakının önündə geri çəkildiyini elan etdi - Surenyants

BMT-də Ermənistanın sürətlə silahlanması müzakirə olundu

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla