Yuxarı

Bakıda bu yolda avtobus zolağı ləğv edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda, Azadlıq prospektinin Məmməd Araz küçəsi ilə kəsişməsində avtobus zolağı ləğv olunub.

Axar.az xəbər verir ki, bu barədə yoldan istifadə edən sürücülərdən biri Bakı.vs-nin "qaynar xətti"nə müraciət edib.

Hazırda əksər sürücülər zolağın ləğv edildiyindən xəbərsiz olduqları üçün sağ zolağı boş saxlayaraq yalnız sol zolaqlardan istifadə edirlər. Bu, yolun buraxıcılıq qabiliyyətinə mənfi təsir edir və müəyyən yerlərdə sıxlığa səbəb olur.

Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, Azadlıq prospektində Məmməd Araz küçəsi ilə kəsişməyədək avtobus zolaqlarının 200 metrlik hissəsi ləğv edilib. Həmin ərazidə iki zolaq sola və iki zolaq düzünə hərəkət təşkil olunub.

Tarix
2024.09.28 / 16:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Üç ölkənin Gürcüstanda hərbi təlimi başa çatdı - Foto

Ermənistandakı missiyanın işi ilə bağlı bəyanata reaksiya

Ölkədə maliyyə piramidası şəbəkəsi ifşa edildi - Video

Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – General

Əliyev Szinpinə məktub göndərdi

İranla Ermənistanın Araz çayı ilə bağlı planı - Müzakirə...

Xəzərdə nə baş verir? 200 ildir araşdırma aparılır, lakin…

Ölkənin xarici borcunun azalması... - Deputat

MM-in payız sessiyası başlayır: mandatlar veriləcək

Bakı bu ölkə ilə də razılaşdı: onlar üçün viza ləğv edilir

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla