Yuxarı

Biləcəridəki yanğınla bağlı təfərrüat - Rəsmi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində obyektdə baş verən yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev deyib.

O qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə saat 15:26-da məlumat daxil olub:

"FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin əməkdaşları hadisə yerinə göndərilib. Ətraf ərazilərə, yaşayış yerlərinə, eləcə də bitişik digər sexlərə yanğının yayılmasının qarşısı alınıb. Yanğın məhdudlaşdırılıb, hazırda söndürülməsi istiqamətində işlər aparılır. Ərazi təxmini 5 min kvadratmetr olsa da, tüstülənmə olduğu üçün yanğın baş verən ərazini müəyyən etmək mümkün deyil".

Tarix
2024.09.28 / 18:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan özünün enerji potensialını daim artırır

Bakıdakı partlayışda xəsarət alan varmı? - DİN-dən açıqlama

Azərbaycandan Britaniya deputatlarına etiraz...

Onlarla bağlı təşkilatlara dəfələrlə müraciətlər edilsə də...

Putin və Szinpin bu səfərdən imtina etdilər – Müəmma

Ermənistan XİN-dən Azərbaycanla bağlı açıqlama

Türkiyə MN Azərbaycan Ordusunu təbrik etdi

İran-İsrail qarşıdurması bitdi: Əliyev Pezeşkianı təbrik etdi

Ordumuz regional sülhün və təhlükəsizliyin əsas qarantıdır

İlham Əliyevdən 26 iyunla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla