Yuxarı

Hindistan və Rusiya arasında S-400 müzakirəsi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistan və Rusiya arasında S-400 müzakirəsi

Hindistan və Rusiya S-400 sistemlərinin tədarükünü və Su-30 təyyarələrinin modernizasiyasını müzakirə edib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Hindistan Müdafiə Nazirliyi yayıb.

Çində Hindistan və Rusiya müdafiə nazirləri Racnatxa Sinqx və Andrey Belousov arasında keçirilən görüş zamanı müdafiə əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub. Qeyd olunub ki, görüşdə əsas diqqət S-400 zenit-raket komplekslərinin tədarükü, Su-30 qırıcılarının modernizasiyası və kritik əhəmiyyətə malik hərbi texnikanın qısa müddət ərzində alınmasına yönəlib.

Nazirlik qeyd edib ki, bu görüş son zamanlar iki ölkənin müdafiə nazirləri arasında keçirilən ən əhəmiyyətli danışıqlardan biri olub. Görüş Hindistanın “Sindur” əməliyyatı fonunda baş tutub və ölkənin müdafiə sənayesinin gücləndirilməsi, xüsusilə hava hücumundan müdafiə, hava-hava raketləri, müasir texnologiyalar və aviasiya platformalarının yenilənməsi sahəsində ehtiyaclarını ön plana çıxarıb.

Tarix
2025.06.27 / 10:27
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Zakir Həsənov azad olunmuş ərazilərdə - Foto

Sülh heç vaxt təmin olunmur - Papuaşvili

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Overçuk Zəngilanda səfərdədir: Mühüm iclas keçirildi - Foto

Sahibə Qafarova Matviyenko ilə görüşdü: AZAL təyyarəsi...

Simonyanla Qafarova ayaqüstü görüşdü - Foto

Rusiyalı iş adamlarının Qarabağda quruculuqda iştirakı...

Azərbaycan Rusiya ilə sənədlər imzaladı

Ermənistandan 960 dollara nə almışıq? - İrəvan təkzib etdi

Kremldən AZAL təyyarəsi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla