Yuxarı

Ordumuz regional sülhün və təhlükəsizliyin əsas qarantıdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra - 1918-ci il iyunun 26-da milli hökumətin qərarı ilə ilk nizami hərbi hissə olan Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu, əlbəttə ki, ordu quruculuğu istiqamətində atılmış ən vacib addımlardan biri idi. Buna görə də Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə həmin tarixi gün- 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və bu gün də həmin tarix ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd edilir.

Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Ümummilli Lider Heydər Əliyev hələ sovet dönəmində atdığı məqsədyönlü addımlarla bugünkü Azərbaycan Silahlı Qüvvələrinin əsasını yaradıb:

“Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından və Cümhuriyyətin süqutundan sonra ölkəmizdə ordu quruculuğu sahəsində heç bir iş görülmürdü. Səbəb keçmiş SSRİ-nin siyasi rəhbərliyinin bunda maraqlı olmaması idi. Yalnız 1969-cu ildə, Ulu Öndər Heydər Əliyevin respublikada hakimiyyətə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirilməyə başlandı. Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə öz xalqına misilsiz xidmətlər göstərmiş Ümummilli Lider qarşıya çıxan bütün çətinlik və maneələrə rəğmən 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail olmaqla, bugünkü qüdrətli ordumuzun formalaşmasına əvəzsiz töhfə vermiş oldu. Məhz Ulu Öndərin səyləri nəticəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə qəbulu, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün oldu. Təəssüflər olsun ki, 1991-ci ildən sonra, müstəqilliyimizin ilk illərində o dövrdə ölkəyə rəhbərlik edən şəxslərin yol verdikləri ciddi nöqsanlar Azərbaycanda ordu quruculuğu işini də dərin böhrana saldı. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə bu sahədə də mühüm irəliləyişlər əldə olundu. 1994-cü ilin may ayının 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs əldə olunduqdan dərhal sonra Azərbaycanda Milli Ordusunun formalaşdırılmasına start verildi. Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər.

K.Qafarov bu gün Azərbaycanın hərbi qüdrətinin durmadan artmasını ölkəmizdə davamlı olaraq həyata keçirilən uğurlu ordu quruculuğu işinin nəticəsi kimi qiymətləndirərək deyib:

“Azərbaycan Silahlı Qüvvələri öz missiyasının ən vacib və ən şərəfli vəzifəsini 2020-ci ildə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ savaşında tarixi qələbə əldə etməklə həyata keçirdi. Bundan üç il sonra isə ölkəmizin ərazi bütövlüyü və tam suverenliyi bərpa olundu. Bu gün də Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatlarının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsi kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılan prioritet istiqamətlərdir. Birmənalı olaraq demək lazımdır ki, 2003-cü ildən sonra ölkəmizdə ordu quruculuğu tamamilə yeni, keyfiyyətcə daha yüksək bir mərhələyə qədəm qoydu. Məhz bu mərhələdə Azərbaycan Ordusunun dünya hərb sənayesinin ən son texnoloji məhsulları ilə, ən müasir hərbi texnika ilə təchiz olunması geniş vüsət aldı. Bu gün də Azərbaycan dost ölkələrlə müdafiə və müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq etməklə öz hərbi qüdrətini durmadan artırır və bununla da regional sülhün və təhlükəsizliyin təmin olunması məsələsində əsas qarant kimi çıxış edir”.

Tarix
2025.06.26 / 10:22
Müəllif
Axar.az
Digər xəbərlər

Putin və Szinpin bu səfərdən imtina etdilər – Müəmma

Ermənistan XİN-dən Azərbaycanla bağlı açıqlama

Türkiyə MN Azərbaycan Ordusunu təbrik etdi

İran-İsrail qarşıdurması bitdi: Əliyev Pezeşkianı təbrik etdi

İlham Əliyevdən 26 iyunla bağlı paylaşım - Foto

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

Azərbaycanda saxta alkoqollu içkilər aşkarlandı

Nazirlik növbəti dəfə depozit hərracı keçirdi

Tramp işarə etdi: Ukraynada hərəkətə keçir – Sensasiya

Konqodan olan tələbələr də Azərbaycana təxliyə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla