Yuxarı

Metronun bu stansiyalarında interval 10 dəqiqə olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metronun bu stansiyalarında interval 10 dəqiqə olacaq

Sabahdan Bakı Metropoliteni QSC-nin Bənövşəyi xəttində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.

QSC-dən Axar.az-a verilən məlumata görə, yeni tədris mövsümünə qədər Bənövşəyi xətdə davamlı tətbiq edilən yeniliklərin, o cümlədən qatarların hərəkətini tənzimləyən sistemlərin yoxlanılmasına başlanılacaq.

“Xocəsən” elektrik deposunun inşaatı birinci mərhələ üzrə başa çatdırılaraq istifadəyə verildikdən sonra Bənövşəyi xətdə qatarların sayının artırılaraq, daha intensiv hərəkətin təşkilinə başlanılıb. Bununla qatarların baxışı, qulluğu, xidməti və təmiri, ən əsası, hərəkətin təşkili və xətt üzrə infrastruktur işlərinin aparılmasına zəmin yaranıb. Yeniliklərin tətbiqi, eləcə də dövrü tənzimləmə işlərinin sınaqları məqsədilə “Xocəsən” elektrik deposunda qatarların mərhələ ilə növbədənkənar yoxlanılması və texniki təftişinin aparılması da nəzərdə tutulub. Bu məqsədlə xətdə olan qatarlar növbə ilə yoxlama-təftiş prosesinə cəlb ediləcək. Bu zaman sərnişin təhlükəsizliyinə əməl olunması, bu xüsusda hərəkət qrafikinin pozulmaması, hərəkətin təşkilinə neqativ təsirlərin aradan qaldırılması vacib şərtlərdəndir.

Qeyd edilən işlərlə əlaqədar xətt üzrə qatarların əksəriyyətinin “Xocəsən” elektrik deposundan dönməsi zəruriyyəti yarandığından, “8 Noyabr-Avtovağzal” və “8 Noyabr-Xocəsən” marşrutları üzrə gün ərzində 10 dəqiqəlik hərəkət intervalı tətbiq ediləcək. Buna qədər sərnişin axını nəzərə alınmaqla, “8 Noyabr-Avtovağzal” sahəsində qatarların hərəkəti 8 dəqiqəlik intervalla tənzimlənirdi.

Yay mövsümündə hərəkət qrafikinə edilən dəyişikliklərin əsas məqsədi yeni tədris mövsümünə qədər xətdə tətbiq edilən yeniliklərin və qatarların hərəkətini tənzimləyən sistemlərin optimal saz vəziyyətdə olmasını təmin etməkdir.

Qatarların hərəkət intervalı yeni tədris mövsümü ərəfəsində bərpa ediləcək.

Tarix
2024.06.24 / 16:44
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla