Yuxarı

Azyaşlıya qarşı əxlaqsız hərəkət edən ilahiyyatçı həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azyaşlıya qarşı əxlaqsız hərəkət edən ilahiyyatçı həbs olundu

10:06

İlahiyyatçı Hacı Salman Kamiloğlu saxlanılıb.

Axar.az Trend-ə istinadla xəbər verir ki, o, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinir.

Belə ki, Hacı Salman barəsində Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Bildirilib ki, hadisə iyunun 22-də saat 19 radələrində Abşeron rayon Masazır qəsəbəsi ərazisində baş verib. İttihama görə, Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb.

Bu gün ərzində Abşeron Rayon Məhkəməsi tərəfindən Hacı Salman Kamiloğlu barəsində qətimkan tədbirinin seçilməsi gözlənilir.

***

İlahiyyatçı Hacı Salman Kamiloğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Bu gün Abşeron Rayon Məhkəməsində hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Hacı Salman Kamiloğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ilahiyyatçı Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə) maddəsi ilə ittiham olunur.

Hazırda Abşeron Rayon Polis İdarəsində fakt üzrə istintaq hərəkətləri aparılır.

Tarix
2024.06.25 / 18:44
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə bu qurumlar birləşdirildi

Azərbaycan Butan Krallığını təbrik etdi

Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu

Mehdiyevin onların əmlaklarını əlindən alması...

Biləsuvar gömrüyündə nə baş verir? - Video

Tramp 8 deyil, 1 müharibəyə son qoyub

Əliyev Piterə gedəcəkmi? - Bizim üçün çox vacibdir

Rusiya Azərbaycanın mülkünə iddia etdi

İlham Əliyev BƏƏ-də - Foto

Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla