Yuxarı

Əhməd hakim qarşısında - Yeni fotoları

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:27

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxs Əhməd Əhmədova Xətai rayon İcra Hakimiyyəti tərəfindən nümayəndə təyin edilib.

Zərərçəkmiş şəxslərin hər birinə hüquqi varis təyin edilib.

Əhməd Əhmədovun xalası Şəfaqət Bədəlova məhkəməyə etiraz edərək, cinayət işi üzrə hüquqi varis olmasını tələb edib.

Məhkəmənin iclası qaydalarını pozduğu üçün Şəfaqət Bədəlova zaldan çıxarılıb.

İş üzrə müdafiə və zərərçəkən tərəfdən hər hansı bir vəsatət verilməyib.

Hakim Əhməd Əhmədov işin məhkəmə baxışına verilməsinə münasibət bildirməsini istəyib.

Əhməd Əhmədov suala "Nə bilim vallah, bilmirəm ki" cavabını verib.

İş üzrə məhkəmənin baxış iclası iyulun 4-nə təyin edilib.

Tarix
2024.06.25 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Britaniya Kralını təbrik etdi

Bayramov Fidanla da danışdı: İsrail-İran gərginliyi...

İranın nüvə obyektləri ətrafında mövcud vəziyyət... - Bayramov

Bakıdan Təbrizə aviareyslər bu tarixədək ləğv edildi – Rəsmi

Bayramov Arakçı ilə danışdı: Ərazimizdən İrana hücum...

Yaxın Şərqdən gələ biləcək yeni sunamilərə hazır idik!

Ermənistanda bu sözə qıcıqlanırlar: Zarafatla deyirəm ki…

Rusiya Azərbaycana təşəkkür etdi

Bu gecə İsrailə bu ölkə də qoşulacaq: İranı nə gözləyir?

İsrailin İran əməliyyatının adı nə məna daşıyır? - İlahiyyatçı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla