Yuxarı

FHN əməkdaşlarına bayram hədiyyəsi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları üçün inşa olunan hər biri 12 mərtəbəli, 96 mənzilli 2 yaşayış binası istifadəyə verilib.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, yaşayış binalarının açılış mərasimində çıxış edən fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə bildirib ki, dünyada iqtisadi böhranın davam etdiyi bir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin FHN əməkdaşlarının sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğının nəticəsində müasir tələblərə cavab verən və hər cür şəraiti olan mənzillər istifadəyə verilir.

Mənzil alan əməkdaşları Novruz bayramı münasibəti ilə təbrik edən nazir müavini vurğulayıb ki, yeni mənzillərin təqdim olunması nazirlik əməkdaşlarının bayram sevincini ikiqat artırıb.

Yeni mənzil alanlar adından çıxış edən Fövqəladə Hallar Nazirliyinin zabiti kapitan Şahbaz Həsənov bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbçilərin və nazirliyin mülki əməkdaşlarının sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğı sayəsindəəməkdaşların ailələri üçün əsl bayram hədiyyəsi təqdim olunub. O, dövlət başçısının bu qayğısının FHN əməkdaşlarının daha böyük ruh yüksəkliyi ilə xidmət göstərməsinə səbəb olacağını deyib.

Sonra nazir müavini Faiq Tağızadə yaşayış binalarının rəmzi açılışını bildirən qırmızı lenti kəsib.

Qeyd edəkki, mərkəzi istilik sistemi və bütün kommunal şəraiti olan yaşayış binaları Fövqəladə Hallar Nazirliyi Əsaslı Tikinti İdarəsinin sifarişi və "Azkommunlayihə" Kommunal Layihələndirmə İnstitutunun layihəsi əsasında ən müsair standartlara uyğun olaraq inşa edilib.

Tarix
2016.03.19 / 15:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla