Yuxarı

Toplum TV işi: Onların da həbs müddəti uzadıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toplum TV işi üzrə saxlanılan şəxslər barəsindəki həbs qətimkan tədbiri uzadılıb.

Axar.az xəbər verir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsində Müşfiq Cabbarov və Akif Qurbanov barələrində olan həbs qətimkan tədbiri daha üç ay uzadılıb.

Qeyd edək ki, ötən gün Əli Zeynalov, İlkin Əmrahov, Ələsgər Məmmədli və Ramil Babayevin hər birinin barəsində olan həbs qətimkan tədbiri üç ay uzadılmışdı.

Xatırladaq ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Ruslan İzzətli və Ələsgər Məmmədlinin həbsi ilə bağlı təqdimata martda baxıb və onların hər biri dörd ay müddətinə həbs olunublar.

Adları qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Tarix
2024.07.04 / 11:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türk dövlətləri üçün yeni era Şuşada başladı

Əliyev dəvət etdi: Pezeşkianın ilk xarici səfəri hara olacaq?

TDT liderləri Azərbaycana təşəkkür etdi

Şuşada Qarabağ Bəyannaməsi imzalandı - Tam mətn

Hakan Fidan: Can Azərbaycanı buna görə təbrik edirəm

Orban Füzuli hava limanında: səfəri başa çatdı - Foto

Özbəkistan liderinin də Şuşa səfəri başa çatdı

Tokayevin Azərbaycana səfəri başa çatdı

İlham Əliyev TDT liderlərinə ziyafət verdi - Foto

Japarovun Şuşa səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla