Yuxarı

Kürdəmirdə “Prius” aşdı: Pakistan vətəndaşı öldü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:29

Kürdəmir rayonunda yol qəzası olub.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota Prius" markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı bir Pakistan vətəndaşı hadisə yerində ölüb, iki nəfər isə ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Kürdəmir rayonunda baş verən yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib.

Qəza nəticəsində ölən sərnişinin Pakistan vətəndaşı, 1977-ci il təvəllüdlü Xan Kamran Malik olduğu dəqiqləşdirilib.

Qəza zamanı xəsarət alanlar isə Göygöl sakini, 1991-ci il təvəllüdlü Ayxan Qabil oğlu Cəfərov və Pakistan vətəndaşı, X.K.Malikin həyat yoldaşı Amin Rabia Pakistanidir.

X.K.Malikin meyiti aidiyyəti üzrə təhvil verilib.

Tarix
2024.07.04 / 12:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türk dövlətləri üçün yeni era Şuşada başladı

Əliyev dəvət etdi: Pezeşkianın ilk xarici səfəri hara olacaq?

TDT liderləri Azərbaycana təşəkkür etdi

Şuşada Qarabağ Bəyannaməsi imzalandı - Tam mətn

Hakan Fidan: Can Azərbaycanı buna görə təbrik edirəm

Orban Füzuli hava limanında: səfəri başa çatdı - Foto

Özbəkistan liderinin də Şuşa səfəri başa çatdı

Tokayevin Azərbaycana səfəri başa çatdı

İlham Əliyev TDT liderlərinə ziyafət verdi - Foto

Japarovun Şuşa səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla