Yuxarı

Ölkəmizdə 1,3 milyon ali təhsilli var: neçə faizi işləyir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Statistika Komitəsi Azərbaycanda ali təhsilli əhalinin ümumi sayının 1 milyon 299 min nəfər olduğunu açıqlayıb.

Təhsil eksperti Elçin Əfəndi Axar.az-a bildirib ki, açıqlanan 1 milyon 299 təhsilalandan öz ixtisası üzrə davam edənlər, əsasən, pedoqoji yönümlü və hüquq ixtisaslarını bitirənlərdir.

Onun sözlərinə görə, digər qism ya işləmir, ya da fərqli sahələr üzrə çalışan mütəxəssislərə çevrilir:

“Hər il ali təhsil müəssisələrinə qəbul olan, tutaq ki, 50 min tələbənin 6-7 mini pedoqoji sahə, 1500-2000-i isə hüquq ixtisası üzrə oxuyur. Ümumiləşdirsək, 1 milyonun 8-10 faizi ixtisası üzrə çalışır. Digər tərəfdən ali təhsilli xanımlar var ki, sırf evdar xanım olmağı seçirlər. Bu da ümumi təhsilalanların 8-9 faizini əhatə edir. Bir sözlə, ümumi təhsilalanların 80 faizi ixtisasdankənar peşələrə yönəlir”.

Təhsilalanların nə qədərinin ixtisas və ya qeyri-ixtisas üzrə çalışması ilə bağlı DSK və Elm və Təhsil Nazirliyinə ünvanlanan sorğumuza cavab olaraq bildirilib ki, həmin qurumlar tərəfindən bu istiqamətlərdə statistika aparılmır.

Tarix
2024.07.04 / 12:54
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Türk dövlətləri üçün yeni era Şuşada başladı

Əliyev dəvət etdi: Pezeşkianın ilk xarici səfəri hara olacaq?

TDT liderləri Azərbaycana təşəkkür etdi

Şuşada Qarabağ Bəyannaməsi imzalandı - Tam mətn

Hakan Fidan: Can Azərbaycanı buna görə təbrik edirəm

Orban Füzuli hava limanında: səfəri başa çatdı - Foto

Özbəkistan liderinin də Şuşa səfəri başa çatdı

Tokayevin Azərbaycana səfəri başa çatdı

İlham Əliyev TDT liderlərinə ziyafət verdi - Foto

Japarovun Şuşa səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla