Yuxarı

Heydərov müşavirə keçirdi, tapşırıqlar verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 4-də Fövqəladə Hallar Nazirliyində bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29-a hazırlıq çərçivəsində aidiyyəti təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə müşavirə keçirilib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, müşavirədə nazir müavinləri, FHN-in müvafiq struktur bölmə və qurumlarının rəhbərləri iştirak edib.

Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsi barədə qəbul edilmiş qərarın Azərbaycanın növbəti tarixi uğuru olduğunu vurğulayıb. Nazir qeyd edib ki, dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri hesab olunan COP29-un Azərbaycanda keçirilməsi cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin daim artan beynəlxalq nüfuzundan, qüdrətindən xəbər verir. O, ölkəmizdə təşkil olunmuş digər beynəlxalq səviyyəli tədbirlər kimi bu mötəbər tədbirin də uğurla keçiriləcəyinə əminliyini ifadə edib.

Sonra nazir COP29-la bağlı ölkəmizə gələcək çoxsaylı qonaqların, tədbir keçiriləcək, eləcə də qonaqların yerləşəcəyi məkanların və ətraf ərazilərin aidiyyəti təhlükəsizlik məsələlərinin yüksək səviyyədə həll edilməsinin zəruriliyini bildirib. Bu məqsədlə FHN-də yaradılmış və Nazirliyin peşəkar əməkdaşlarından ibarət Qərargahın fəaliyyətini qeyd edib, qarşıda duran vəzifələrdən danışıb.

Daha sonra COP29-a hazırlıqla bağlı aidiyyəti təhlükəsizlik məsələlərinin həllinə dair Qərargah üzvlərinin görülmüş işlərlə əlaqədar məruzələri dinlənilib, geniş müzakirə aparılıb.

Müşavirəyə yekun vuran nazir Kəmaləddən Heydərov ölkəmizdə keçiriləcək nüfuzlu beynəlxalq tədbirlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün tapşırıqlarını verib.

Tarix
2024.07.04 / 17:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Pezeşkianın prezident seçilməsinə ABŞ-dan reaksiya

Azərbaycanlı prezident İranı necə xilas edəcək?

Türk dövlətləri üçün yeni era Şuşada başladı

Əliyev dəvət etdi: Pezeşkianın ilk xarici səfəri hara olacaq?

TDT liderləri Azərbaycana təşəkkür etdi

Şuşada Qarabağ Bəyannaməsi imzalandı - Tam mətn

Hakan Fidan: Can Azərbaycanı buna görə təbrik edirəm

Orban Füzuli hava limanında: səfəri başa çatdı - Foto

Özbəkistan liderinin də Şuşa səfəri başa çatdı

Tokayevin Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla