Yuxarı

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında - Foto

10:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Vətən müharibəsindən sonra İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib. Bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözləri isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub. Bulağın ətrafındakı istirahət mərkəzi və restoran milli üslubda təmir edilib, ərazidə abadlıq işləri aparılıb.

İstirahət kompleksində 4 qonaq evi və bir restoran yerləşir.

Qeyd edək ki, Şuşa şəhərindən dörd kilometr aralıda, dəniz səviyyəsindən təqribən 1300 metr hündürlükdə meşəlik ərazidə yerləşən İsa bulağı Azərbaycanın, o cümlədən Qarabağın ən məşhur istirahət yerlərindən biri hesab olunur. Bulaq Azərbaycan təbiətinin nadir incilərindən sayılır. Yerli əhalinin bu hidronim haqqında məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə aşkar etmiş İsa adlı əkinçinin adını daşıyır.

Tarix
2024.07.05 / 16:30
Müəllif
Axar.az
Digər xəbərlər

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla