Yuxarı

Sumqayıtda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Polietilen Paketdən İmtina Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Sumqayıt şəhərində “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.

Axar.az xəbər verir ki, festival çərçivəsində vətəndaşlar ümumi tutumu 2 033 litr olan plastik, 235 litr olan şüşə və 1 040 ədəd işlənmiş batareya təhvil verərək əvəzinə müxtəlif hədiyyələr əldə ediblər.

Tədbirdə maraqlı viktorinalar, müxtəlif müsabiqələr təşkil olunub, ekokönüllülər kətan üzərində şəkillər çəkib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emal etmək, o cümlədən ictimaiyyətə polietilen paketlərin zərərləri və alternativləri haqqında məlumat vermək məqsədilə keçirilir.

Qeyd edək ki, polietilen paketlərin ətraf mühitə olan zərərləri haqqında əhalini maarifləndirmək və onların istifadəsindən imtina edərək daha ekoloji alternativlərə keçidi təşviq etmək məqsədilə hər il 3 iyul tarixində “Beynəlxalq Polietilen Paketdən İmtina Günü” qeyd olunur.

Tarix
2024.07.07 / 16:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan seçim etməlidir - XİN

Bu, bütün azərbaycanlıların qürur mənbəyidir - Əmirbəyov

Bakıya bir həftədə II zərbə: Biz nəyi və niyə gözləyirik?

Ermənistan və Fransanın addımları iflasa uğradı - Bakı

Məmmədov Türkiyədə siyasi məsləhətləşmələr apardı

Ermənistanın bu açıqlamaları manipulyasiyadır - XİN

MM-dən XİN-ə: ABŞ Qafqaza geosiyasi rəqabət gətirir

ABŞ heç vaxt öz məsuliyyətini dərk etməyib - Müraciət

Ermənistan bu məsələni həll etməlidir - Əmirbəyov

Deputatlardan Bayramova müraciət: ABŞ-la sazişlərə xitam verilsin!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla