Yuxarı

Prezidentin köməkçisi onlara xəbərdarlıq etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin köməkçisi onlara xəbərdarlıq etdi

Ənənəvi olaraq biz sizinlə əvvəlki seçkilərdə olan nöqsanları danışmışıq.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Zeynal Nağdəliyev bildirib ki, indidən bunu danışmalıyıq ki, seçkiləri ədalətli keçirə bilək:

“Seçkidə nöqsanların xırdası yoxdur, bütün nöqsanları müzakirə edirik. Nöqsanların təkrarlanmaması bizə Prezident tərəfindən verilən tapşırıqdır. Bu il keçirilmiş Prezident seçkiləri zamanı komissiya üzvlərinin yol verdiyi nöqsanlar barədə müxtəlif mənbələrdən bizə məlumat daxil olub. Veb-kameralar da bizə xeyli çatışmazlıqları göstərib. 65 və 77 saylı dairə seçki komissiyalarının sədrləri, Şəki şəhər 1 saylı orta məktəbin direktoru vəzifələrindən azad edilib. Bu nöqsanların seçkinin nəticəsinə təsiri olmayıb. Amma biz yol verməməliyik ki, bu kimi hallar bizim gələcəkdə keçirilən seçkilərə təsir etsin. Məntəqə seçki komissiyasından tutmuş dairəyə qədər bu iş elə qurulmalıdır, hər kəs elə çalışmalıdır ki, zərrə qədər nöqsana yol verilməsin”.

Tarix
2024.07.10 / 12:58
Müəllif
Axar.az
Digər xəbərlər

"Sülh körpüsü": Yaradılan komitələrdə müzakirələr keçirildi

Marqus Tsaxna Bakıda səfərdədir

Sərdar Cəlaloğlu gözünün içinə qədər yalan deyir

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla