Yuxarı

Gürcüstanda zəlzələ: Azərbaycanda da hiss olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanda zəlzələ: Azərbaycanda da hiss olundu

Gürcüstanın şərqində, Kaxeti bölgəsinin Dedoplistskaro şəhəri yaxınlığında 4,7 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Dedoplistskarodan 9 km şimal-qərbdə, Leninovka kəndi yaxınlığında 18 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Tiflis vaxtı ilə saat 12:08-də qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələnin Azərbaycanın sərhəd rayonlarında - Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunduğu haqda məlumat yayıb.

Tarix
2024.07.22 / 12:19
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla