Yuxarı

İki avtobus toqquşdu: 1 ölü, 18 yaralı - Yenilənib/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:03

Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, xeyli sayda yaralı var.

Axar.az Report-a istinadla xəbər verir ki, qəza Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.

Məlumata görə, 29 nömrəli marşrut avtobusu Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobusla toqquşub, 10 dan çox yaralının olduğu bildirilir.

***

Bakı-Sumqayıt yolunda iki avtobus toqquşması nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:20 radələrində Bakı-Sumqayıt magistralında yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd edilib ki, hadisə yerinə 8 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində bir nəfərin həkiməqədər ölümü qeydə alınıb.

Qəza nəticəsində xəsarət alan digər 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən ikisi reanimasiyaya yerləşdirilib. Vəziyyətləri ağır qiymətləndirilir. Digər şəxslərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

***

Bakı-Sumqayıt yolunda toqquşan avtobusların sürücülərinin adları məlum olub.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Nazim Kazım oğlu Hüseynovun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “Neoplan” markalı, 99 JH 667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Adil Şəmil oğlu Yunusovun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İsuzu” markalı, 50 DO 539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

Toqquşmadan sonra “İsuzu” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

***

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 19-u yaralanıb.

Qəza zamanı 2006-cı il təvəllüdlü Ağayeva Məryəm Maqsud qızı vəfat edib.

Qəzada yaralananların adlarını təqdim edirik:

1961-ci il təvəllüdlü Ceferova Həqiqət Sahib qızı

1986-cı il təvəllüdlü Kərimova Seide İldırım qızı

1989-cu il təvəllüdlü Əliyeva Məryəm Qabil qızı

1980-cı il təvəllüdlü Memmedova Vüsalə Məmməd qızı

2002-ci il təvəllüdlü Memmedova Xeyalə Məhəmməd qızı

2005-ci il təvəllüdlü İsgəndərova Nərgiz Məmməd qızı

2016-cı il təvəllüdlü Allahverdiyeva Gülay Əhməd qızı

1965-ci il təvəllüdlü Hüseynov Nizami İlyas oğlu

1996-cı il təvəllüdlü Əliyeva Əsbət Əlişan qızı

1967-ci il təvəllüdlü Quliyeva Südabə Əflatun qızı

1963-cü il təvəllüdlü Həsənova Zenfira Cavanşir qızı

1982-ci il təvəllüdlü Qasımova Sevda Hajan qızı

1999-cu il təvəllüdlü Abasov Ceyhun Mamed oğlu

2007-ci il təvəllüdlü Quluzadə Elcan Hörmət oğlu

1971-ci il təvəllüdlü İsgəndərova Məmmədağa İsgəndər oğlu

2017-ci il təvəllüdlü Əliyev Habil Qəzənfər oğlu

Saatlı rayon sakinləri 1993-cü il təvəllüdlü (31 yaş) Nəsirov Orxan Hidayət oğlu

2005-ci il təvəllüdlü Nəsirov Yusif Çərkəz oğlu.

Tarix
2024.08.02 / 17:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya artıq azərbaycanlıları “ovlamağa” başladı

Türkiyə qardaşımızdır: elə bir yol açmalıyıq ki… - Pezeşkian

Elman Rüstəmovun dəbdəbəli restoranı üzə çıxdı

Blinkenin Əliyevə zənginin səbəbi – Nədən narahatdır?

Britaniyalı supermodel: Bakı səfərim əla keçdi

MN Deqati ilə görüş barədə məlumat yaydı

Bakı-İrəvan sülhü vacibdir, dəstək davam edəcək - Blinken

Əliyevdən Blinkenə: Bölgədə yeni reallıqlar yaranıb

Paşinyanla Kobaxidze sülh sazişindən danışdı

Blinken İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla