Yuxarı

Azərbaycanda yeni xidmət - Yalan detektoru

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda yeni xidmət - Yalan detektoru

Azərbaycanda ilk dəfə "Personalın poliqrafda (yalan detektorunda) yoxlanması" mövzusunda peşəkar xidmət fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, GRBS Beynəlxalq Tədris Mərkəzi tərəfindən göstəriləcək xidmət yalnız biznes sahəsi üçün açıq olacaq. Yeni xidmətin təqdimat mərasimində xidmət haqqında məlumat verən GRBS Beynəlxalq Tədris Mərkəzinin rəhbəri Bəhram Qurbanov bildirib ki, hər hansı bir şirkət yeni əməkdaş işə götürərkən və ya mövcud işçilərini yalan detektorunda testdən keçirərək onların psixoloji vəziyyətini, ixtisasa uyğunluğunu, düzgünlüyünü, məsuliyyətliliyini, spirtli içkilərə, narkotik vasitələrə meyilliliyini, şəxsi keyfiyyətlərini, işə zərər verə biləcək pis vərdişlərini, o cümlədən cinayət işinin olub-olmaması, mənfi keyfiyyətlərini və s. xüsusiyyətlərini müəyyən edə, onun işə qəbul edilən vəzifə üçün nə dərəcədə yararlı olub-olmadığını aydınlaşdıra bilər.

B.Qurbanov deyib ki, xidmət, eyni zamanda biznes məqsədləri üzrə fərdi şəxslər üçün açıq olacaq: "Hər hansı bir ailə öz övladına dayə və ya ailə sürücüsü işə götürərkən yalan detektorları vasitəsilə onları testdən keçirə və həmin iş üçün yararlılığını müəyyən edə bilər".

Onun sözlərinə görə, biznes və kadr təhlükəsizliyini təmin etmək baxımından bu metodun səmərəliliyi böyükdür: "Personalın poliqrafda yoxlanması Rusiyadan və ABŞ-dan gətirilmiş müasir poliqraflar vasitəsilə həyata keçiriləcək".

Tədbir zamanı həmçinin qeyd olunub ki, poliqrafda yoxlanmanın nəticələri işçinin işə götürülməməsi və ya hər hansı bir işçinin işdən azad edilməsi üçün əsas ola bilməz. Poliqraf yoxlanmasının nəticəsi hüquqi əhəmiyyət daşımır. Bu nəticə işəgötürən üçün istiqamətləndirici xarakter daşıyır.

Tarix
2016.03.31 / 10:45
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla