Yuxarı

Gömrükdə əməliyyat: Siqaret qaçaqmalçıları tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükdə əməliyyat: Siqaret qaçaqmalçıları tutuldu

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və realizə edilməsi cəhdlərinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, əməliyyat məlumatına əsasən həyata keçirilən tədbir nəticəsində Xaçmaz Gömrük İdarəsi "Samur" gömrük postunun qarşısında duran "VAZ 21099" markalı nəqliyyat vasitəsi saxlanılıb. Həmin nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin salonundan Belarusun aksiz markası ilə markalanan cəmi 39 min ədəd "NZ Gold Compact", "NZ Black Compact" və "NZ Sun" adlı siqaret aşkar olunaraq götürülüb.

Digər əməliyyat məlumatı əsasında isə Xaçmaz şəhərindəki "Şahzadə" şadlıq sarayının qarşısında duran və Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 2102" markalı nəqliyyat vasitəsi saxlanılıb. Həmin nəqliyyat vasitəsinə baxış zamanı isə avtomaşının yük yerindəki 3 ədəd çantadan Belarusun aksiz markası ilə markalanan 60 min ədəd "NZ Gold Compact" markalı siqaret aşkar edilib.

Bundan başqa, Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Rusiya vətəndaşının idarə etdiyi "VAZ 21099" markalı nəqliyyat vasitəsinə baxış nəticəsində avtomaşının qapılarında üzlüyün altında gizlədilmiş 18 min 200 ədəd "NZ Gold Compact" markalı siqaret, eləcə də 1 ədəd ov bıçağı aşkar olunaraq götürülüb.

Tarix
2016.04.02 / 15:34
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla