Yuxarı

Göygöldə 4 nəfər zəhərləndi: 10 yaşlı qız öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Göygöldə 4 nəfər zəhərləndi: 10 yaşlı qız öldü

14:12

Göygöl rayonunda kimyəvi maddədən zəhərlənmə olub.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Balçılı kəndində qeydə alınıb.

İlkin ehtimala görə, beş nəfər - 3 uşaq, 1 qadın (nənələri) başlarını mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparatla yumaları səbəbindən zəhərlənib.

Nəticədə bir uşaq hadisə yerində ölüb. Digərləri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2022-ci ildə Göygöl rayonunda dörd qız saçlarında bit olması səbəbindən "Niastol" preparatını saçlarına vurduqları üçün zəhərlənmişdilər.

***

Göygöldə zəhərlənmə səbəbindən ölən azyaşlının kimliyi müəyyən olunub.

Məlumata görə, o, 2014-cü il təvəllüdlü A.Orucovadır.

Digərlərinin müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

30.08.2024-cü il tarixində saat 01:00 radələrində Göygöl rayonu Balcılı kənd sakinləri 1961-ci il təvəllüdlü 1 nəfər (qadın cinsli) və 3 azyaşlı (2 qadın cinsli, 1 kişi cinsli olmaqla) dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə müraciət edib.

Bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, onlardan biri, 2014-cü il təvəllüdlü uşağın (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

"Digər iki uşaq zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı həkim müayinəsi üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Onlardan birinin vəziyyəti ağır, digəri orta ağır qiymətləndirilir.

İlkin zəruri tibbi yardımdan sonra Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunan qadının vəziyyəti isə hazırda orta ağır qiymətləndirilir", - məlumatda vurğulanıb.

Tarix
2024.08.30 / 15:09
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Moskva arasında kritik müzakirə

Azərbaycanda bu tələblər sərtləşdirilir

Azərbaycanda bu qanun ləğv edilə bilər

Əsabil Qasımov Peterburqda 60 milyonluq kompleks aldı

Litva baş naziri Azərbaycana gəldi

Atəşkəsə nail olan 3 ölkə və İranı silahlandıran 2 güc...

Qalib Qasımov işdən çıxdı

Ceyhun Bayramov iranlı həmkarı ilə nələri müzakirə etdi?

Sibiqa Ceyhun Bayramova zəng etdi

Bakı və Astana hərbi əməkdaşlığı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla