Yuxarı

Bakıda bu parkinq qanunsuz imiş - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu parkinq qanunsuz imiş - Rəsmi

Sosial şəbəkələrdə səkinin zəbt edilməsi hesabına Nərimanov rayonu Təbriz küçəsindəki yaşayış binasının qarşısında parklanma yerinin yaradılması ilə bağlı məlumatlar yayılıb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, məlumatda sakinlərin hələ ilin əvvəlində aidiyyəti orqanlara sözügedən ünvanda ağacların əkilməsi və səkinin yenidən qurulması ilə bağlı müraciət etdiyi bildirilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məsələ ilə bağlı məlumat yayaraq ərazidə monitorinq keçirildiyini açıqlayıb.

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Nəriman Nərimanov rayonu, Təbriz küçəsində şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib.

Baxış zamanı müəyyən edilib ki, sözügedən ünvanda parklanma yerinin yaradılması qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayıb. Aşkar edilmiş faktla əlaqədar Baş İdarə tərəfindən səkilərin dərhal bərpası və ictimai ərazinin vətəndaşların istifadəsinə verilməsinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat verilib”, - məlumatda qeyd olunub.

Tarix
2024.09.08 / 00:58
Müəllif
Axar.az
Digər xəbərlər

Onlar anti-Vətən xislətlərini yenə də biruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla