Məlumdur ki, kinoda müxtəlif insanların həyatı, məişəti,
hiss və duyğuları obrazlar vasitəsilə ifadə olunur. Hec kəs aktyor
doğulmur və aktyor olmur. Lakin hər kəsin oynadığı bir rol var.
Həyatda özünü oynayanlar və oynanılan obrazlarda özünü görənlər
var.
Tanınmış insanlara müraciət etdik: "Görəsən yerli filmlərdən
hansını daha çox bəyənirlər və o filmlərdə özlərini hansı rolda
görmək istəyərlər?"
Prokuror
olmaq istədi
Şair Qulu Ağsəs filmlərimizə baxdığını, lakin özünü heç bir
obrazda görmədiyini desə də, Saday Şəkərli sorğumuza cavab olaraq
Azərbaycan filmlərinin demək olar ki, hamısını izlədiyini dedi:
"Qanun naminə" filimindəki Mehman arzusuyla yaşadım,
heyif..."
Çoxları
mənim rolumda çıxış edərdi
Tanınmış iqtisadçı Əli Mənsimli: "Əvvəllər istehsal olunan
Azərbaycan filmlərinə baxmışam, son dövrlərin çəkilişlərinə isə
yox. Mən yalnız öz rolumu oynadığımdan, heç bir filmin qəhrəmanı
olmazdım və özümü heç bir rolda görmürəm. Çünki reallıq hissini
itirməyib, obyektiv düşünə bilən hər kəs təhlil aparsa, cəmiyyətə
mənim kiminsə rolunda çıxış etməyim yox, çoxlarının mənim rolumda
çıxış etməsinə ehtiyac olduğunu duyardı",- dedi.
Mən
Banu Çiçəyəm
Tarix üzrə fəlsəfə doktoru, şair Həyat Şəmi Azərbaycan
filmlərinə sevə-sevə baxırmış. Oynamaq istədiyi obrazı da çoxdan
müəyyənlişdirib:
"Məm özümü Banu Çiçək rolunda görürəm. Mən Banu Çiçəyəm".
Sevinc
El-Sevər: "Cüllütəm"
Sevinc El-Sevər "Liftçi qız" filmindəki Cüllüt imiş: "O filmi
uşaqlıqda da sevirdim. Həsən Seyidbəylinin qadın qəhrəmanlarının
hamısını sevirəm, ən çox da bu Cüllütü. Mən də Cüllüt kimi həyatda
çox çəkingən, sakit, tısbağa kimi qınında yaşayan adamam. Amma
içimdəki qadın başqadı, üsyankardı, inadkardı, güclüdü,
cəsarətlidi. Cüllütlə mən eyni adamlarıq. Mən o rolun öhdəsindən
əla gələrdim, çünki özümü oynamış olacaqdım..."
Alman
zabiti - Gündüz Abbaszadə
Tanınmış idman yazarı Gündüz Abbaszadə isə sualımızı belə
cavablandırdı:
"Bu haqda heç vaxt düşünməmişəm, amma sizin sualınızdan sonra
aglıma ilk gələn obraz "Uzaq sahillərdə" filmindəki alman zabiti
Şults obrazıdır. O rolda oynaya bilərdimmi?! Hər rolun öz
xüsusiyyəti var, ancaq "Qızıl uçurum" filmində Əliabbas Qədirovun
canlandırdığı Cəlil obrazinda ozumu daha aydın görürəm".
Göygöz
Kosa obrazını seçərdim
İdman jurnalisti Rövşən Əhlimanoğlu Azərbaycan filmlərindən ən
çox "Bir qalanın sirri"ni sevir:
"Hər kəs filmlərdə müsbət obrazları canlandırmaq istəyir. Mən isə
bu filmdə Göygöz Kosa obrazını seçərdim. Bəlkə filmdəki hoqqaları
real həyatda da edə bildim".