Yuxarı

Qalmaqal: Müəllimə dərsi məktəbin çölündə “keçdi” - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qalmaqal: Müəllimə dərsi məktəbin çölündə “keçdi” - Video

İlk dərs günü – sentyabrın 16-da İmişli rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva ilə icra nümayəndəsi arasında mübahisə yaranıb.

Axar.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb.

İddiaya görə, müəllimə artıq hazır vəziyyətdə olan təzə məktəb binasının yeni dərs ilində açılmamasına etiraz edərək, dərsini məktəbin önündə, açıq havada, xalça üzərində keçib.

İcra nümayəndəsi isə yeni tikilən və ya təmir edilən onlarla məktəb olduğunu, onların hamısının bir gündə açılmasının mümkünsüzlüyünü, bu məktəb binasının isə sentyabrın 18-də açılacağını deyib.

Müəllimə həmçinin məktəbdə içməli suyun olmamasına və yaxud keyfiyyətsizliyinə də etiraz edib. İcra nümayəndəsi müəllimənin bu iradına cavabında isə kənd sakinlərinin birləşərək, öz maliyyələri hesabına problemi aradan qaldıra biləcəyini vurğulayıb.

Müəllim və icra nümayəndəsi arasındakı mübahisə ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsinin PR əməkdaşı Vilayət Əliyev saytımıza bildirib ki, Leyla Nəcəfquliyeva kənddə problemli və konfliktə meyilli şəxs kimi tanınır:

“Bu mübahisə haqqında nə deyə bilərəm? Yəqin ki, başqa videolarını görməmisiniz. O, hər şeydən narazıdır”.

O, həmçinin məktəbin açılış mərasiminin bu gün baş tutduğunu, təhsil müəssisəsinin tədrisə hazır olduğunu əlavə edib.

“Müəllimə problemli şəxsdirsə, niyə hələ də məktəbdə fəalliyyətini davam etdirir” sualına isə Təhsil İdarəsindən münasibət bildirilməyib.

Tarix
2024.09.17 / 13:00
Müəllif
Aytac Araz
Digər xəbərlər

Özgündüz: Atatürkə dil uzadanlar Əliyevə də… - Video

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla