Yuxarı

İran vətəndaşı sərhədi keçmək istədi, atəş açıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran vətəndaşı sərhədi keçmək istədi, atəş açıldı - Video

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində qaçaqmalçılığa qarşı mübarizə sahəsində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Axar.az-a verilən məlumata görə, sentyabr ayının 10-da saat 01:37-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinin cənub hissəsində İran İslam Respublikasından şimal istiqamətinə hərəkət edən naməlum üzmə vasitəsi aşkar olunub.

Aşkarlanmış hədəfin saxlanılması məqsədilə sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb, dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi dərhal həmin istiqаmətə göndərilib, sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb və təqibetmə əməliyyatına başlanılıb.

Sərhəd pozucusu üzmə vasitəsinin bortunda olan naməlum əşyanı dənizə atıb, ərazidən uzaqlaşmağa cəhd göstərərkən sərhəd gəmisi tərəfindən xəbərdarlıq atəşi açılıb.

Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində kiçik həcmli üzmə vasitəsilə dövlət sərhədini pozaraq Azərbaycan Respublikası ərazisinə keçməyə cəhd göstərən İran İslam Respublikası vətəndaşı 1995-ci il təvəllüdlü Bəhnam Bəndə Məhəmməd saxlanılıb.

Axtarış tədbirlərinin davamı olaraq sərhəd pozucusunun təqibetmə əməliyyatı zamanı dənizə atdığı 2098 qutu “Manchester Nano Black” markalı siqaret aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Tarix
2024.09.19 / 14:02
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla