Yuxarı

Bakıda körpünün üzərində qəza: iki maşın yandı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:52

Bakının Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, körpünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qəza səbəbindən hər iki avtomobildə yanğın olduğundan, 4-cü mikrorayon istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

***

Bakıda qəza səbəbindən bağlanan yol açılıb.

Bu barədə DİN Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat verib.

Bildirilib ki, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, körpünün üzərində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən 4-cü mikrorayon istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yol ötürücüsü üzərində yol-nəqliyyat qəzası nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Toyota" markalı minik avtomobili ilə “Azsamand” markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtomobildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Tarix
2024.09.19 / 18:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ölkədə Neftçilər Günü qeyd olunur

Bu gün Azərbaycanda bu şəhərlərin günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

İlham Əliyev Şuşada...

Zaxarova İrəvanın ittihamına gülərək cavab verdi

Konqresdə Azərbaycana hörmətsizlik - XİN-dən cavab

Prezident Xankəndidə məktəbin açılışında

Prezident Xocalı-Xankəndi yolundakı işlərlə tanış oldu

Kərim Vəliyev İtaliyanın müdafiə naziri ilə görüşdü

Tiflis qadağan etdi, Bakıda isə LGBT reklamı ola bilər

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla