Yuxarı

Azərbaycan buna görə BRİKS-ə müraciət etdi - Əzizov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dünyada baş verən mürəkkəb proseslər şəraitində qarşılıqlı əlaqə və əməkdaşlıq zərurətindən irəli gələrək BRİKS-ə rəsmi müraciət edib.

Axar.az-ın Report-a istinadən məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Moskvada keçirilən "Bulud şəhərləri. BRİKS şəhərlərinin gələcəyi haqqında forum" çərçivəsində "Gələcəyin xəritəsi. Texnoloji inkişafın lider şəhərlərinin həlləri və strategiyaları" plenar sessiyasında bildirib.

"Azərbaycan BRİKS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Bu, bizim üçün çox əhəmiyyətlidir. Çünki planetdə mürəkkəb iqlim prosesləri gedir, bununla yanaşı, birlik və əməkdaşlıq prioritet məsələyə çevrilir", - o qeyd edib.

E.Əzizov Bakının sürətlə inkişaf etdiyini vurğulayıb:

"Şəhər sürətlə inkişaf edir. Bakının inkişafı üçün çoxsaylı planlar var. Təkcə son 5 ildə 400-ə yaxın park sıfırdan bərpa edilib. Həmçinin şəhərin yeni Baş planı qəbul edilib".

Tarix
2024.09.19 / 18:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentdən tarixi günlə bağlı paylaşım - Video

Ölkədə Neftçilər Günü qeyd olunur

Bu gün Azərbaycanda bu şəhərlərin günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

İlham Əliyev Şuşada...

Zaxarova İrəvanın ittihamına gülərək cavab verdi

Konqresdə Azərbaycana hörmətsizlik - XİN-dən cavab

Prezident Xankəndidə məktəbin açılışında

Prezident Xocalı-Xankəndi yolundakı işlərlə tanış oldu

Kərim Vəliyev İtaliyanın müdafiə naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla