Yuxarı

Ali Məclisə seçkilərin nəticələri təsdiqləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ali Məclisə seçkilərin nəticələri təsdiqləndi

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib.

Axar.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 1 sentyabr 2024-cü il tarixdə keçirilmiş seçkilərə dair sentyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin konstitusiya icraatı qaydasında iclası keçirilib. Seçkinin nəticəsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarı ilə bütövlükdə təsdiq edilib.

İclası Naxçıvan Muxtar Respublikası Ali Məhkəmənin sədri Səadət Bəktaşi açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2024-cü il sentyabrın 1-də keçirilmiş seçkilərin nəticələrinin yoxlanılmasınа dair işə konstitusiya icraatı qaydasında baxılır.

Sonra Ali Məhkəmənin hakimi Əli Allahverdiyev seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair məruzə ilə çıxış edib.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm Hüseynzadə iclasda çıxış edərək seçkilərə hazırlıq prosesindən başlayaraq son nəticələrə qədər həyata keçirilmiş işlər barədə geniş məlumat verib.

Mütəxəssis qismində çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri Həbib Rzayev Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mütəxəssislərinin yoxlama prosesində yaxından iştirak etdiyini qeyd edərək yoxlamanın yekununa dair tərtib olunmuş rəyi elan edib.

Sonda Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 1 sentyabr 2024-cü il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarı elan olunub.

Tarix
2024.09.20 / 17:29
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Kiyevdə Ukrayna PUA-larına baxdı - Foto

Ceyhun Bayramov Ukraynada səfərdədir

Vardanyana görə Bakıya gəlməyən Talebin oyunları...

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla