Yuxarı

Vüqar Əhmədov Beyləqanda vətəndaşları qəbul edib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vüqar Əhmədov Beyləqanda vətəndaşları qəbul edib

Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq Azərişıq ASC-nin sədri Vüqar Əhmədov sentyabrın 20-də Beyləqanda Beyləqan, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşlarla görüşüb.

Axar.az xəbər verir ki, qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən təşkil olunub.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Beyləqan rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.

Qeyd edək ki, Azərişıq ASC-nin həyata keçirdiyi bütün tədbirlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

Tarix
2024.09.20 / 17:46
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı videoçarx paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla