Yuxarı

ABŞ-ın 29 ildə Azərbaycana qoyduğu sərmayə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın 29 ildə Azərbaycana qoyduğu sərmayə...

1995-ci ildən bəri Azərbaycan iqtisadiyyatına 18,7 milyard dollar sərmayə qoyan ABŞ-ın hazırda respublikada 200-dən çox şirkəti fəaliyyət göstərir.

Axar.az ABŞ-ın Bakıdakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu səfir Mark Libbi “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümünə həsr olunmuş tədbirdə deyib.

Səfir qeyd edib ki, Azərbaycan və ABŞ arasında “yaşıl enerji” və dekarbonizasiya sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial var.

“Mən COP29 iqlim konfransına ev sahibliyi edən tərəf kimi liderliyinə və “yaşıl enerji”yə keçidə sadiqliyinə görə Azərbaycana minnətdarlığımı bildirirəm. "Əsrin müqaviləsi"nin 30 illiyini qeyd edərkən, Azərbaycanın enerji tarixinin və ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlığının növbəti fəslində əldə edəcəyimiz yeni birgə nailiyyətləri səbirsizliklə gözləyirəm”, - M.Libbi bildirib.

Onun sözlərinə görə, Azərbaycan qlobal enerji keçidi mərhələsində olduğu üçün hökumət emissiyaların azaldılması ilə bağlı ümidverici öhdəliklər götürüb və ekoloji təmiz enerji ixracında regional lider olmaq üçün cəsarətli proqrama malikdir.

Tarix
2024.09.20 / 18:11
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla