Yuxarı

Bakıdan xaricə birbaşa və tranzit aviareyslərin qiymətləri…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ay Bakıdan xaricə birbaşa aviareyslərin ən yüksək minimum qiyməti Polşanın paytaxtı Varşava istiqamətində qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin hesabatında bildirilib.

Qeyd olunub ki, Azərbaycan paytaxtından Varşavaya birbaşa uçmaq 265 avroya, tranzit yolla uçmaq isə 196 avroya başa gəlib.

Bunlar, ötən ilin eyni ayı ilə müqayisədə müvafiq olaraq 42,4 % və 55,1 % çoxdur.

2-ci yerdə Rusiyanın Novosibirsk şəhəri qərarlaşıb. Bu şəhərə birbaşa və tranzitlə aviabiletlərin qiymətləri müvafiq olaraq 251 və 260 avro təşkil edir. Ötən ilin eyni dövrünə nisbətən qiymətlər müvafiq olaraq 11,7 % və 30,6 % azalıb.

3-cü yeri isə Rusiyanın Nijni Novqorod şəhəri tutub. Bu şəhərə birbaşa uçuş üçün 226 avro (ötən il birbaşa aviareys olmayıb), tranzit uçuş üçün isə 243 avro ödənilib ki, bu illik müqayisədə müvafiq olaraq 15,4 % azdır.

Sentyabrda Bakıdan tranzit aviareyslərin ən yüksək minimum qiyməti 721 avro (- 46,8 %) olmaqla Cənubi Koreyanın paytaxtı Seula qeydə alınıb. İlk üçlüyə Yaponiyanın paytaxtı Tokio 659 avro ( - 55,2 %) və Misirin Şarm-əl-Şeyx şəhəri 579 avro (- 6 %) qiymətlə daxil olub.

Tarix
2024.09.24 / 19:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov maltalı həmkarı ilə COP29-u müzakirə etdi

Qafarova Simonyanla sülh prosesini müzakirə edəcək

Bayramov Ukraynanın yeni XİN başçısı ilə görüşdü

Zakir Həsənov Ruslan Jaksılıkovla görüşdü

ADEX-2024: Prezidentdən sərgi iştirakçılarına müraciət

Pezeşkian ABŞ-da müxbirə azərbaycanca cavab verdi - Video

Türk ordusunun elitası Bakıda: Rekord qeydə alındı!

Hikmət Hacıyev Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Müharibəyə göndərilirdilər, Bakı onları geri aldı

Müdafiə nazirləri Bakıda silah sistemlərinə baxdı - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla